“Qarabağ“ın rəqibində koronavirus tapıldı - UEFA işə qarışdı
01 Okt 2020 13:30
425

“Qarabağ“ın rəqibində koronavirus tapıldı - UEFA işə qarışdı

Avropa Liqasının pley-off mərhələsinin oyununda bu gün Polşada "Qarabağ"ı qəbul edəcək "Legiya" problemlə üzləşib.

Yenisabah.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Varşava təmsilçisinin əməkdaşında koronavirus aşkarlanıb.

Dərhal kollektivdən təcrid olunan şəxs karantinə alınıb. Komandanın digər üzvlərinin və işçilərinin testi mənfi çıxıb.

Klub UEFA-nın protokoluna əsasən meydana çıxa biləcəyini açıqlayıb. Bunun üçün qitə futbol qurumunun nümayəndəsindən də razılıq alınıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər