Qax İcra Hakimiyyəti: Sürücü əvvəlki işindədir...

saytların hazırlanması

Evə çatdırılma

Qax İcra Hakimiyyəti: Sürücü əvvəlki işindədir...

Sosial

25 Noyabr 2025 16:04 842


Qax Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi ilə bağlı mətbuatda yayılan məlumatlar təkzib edilib.

Qax Rayon İcra Hakimiyyəti başçısının müavini  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova “Yeni Sabah”a açıqlamasında bildirib ki, bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, Təsərrüfat işləri üzrə baş mütəxəssis vəzifəsinə hər hansı yeni təyinat olmayıb: Sezar pizza

“Təsərrüfat işləri üzrə baş mütəxəssis vəzifəsinə heç bir təyinat yoxdur. Sürücü Kamran Orucov əvvəlki kimi öz işində davam edir. Mətbuatda yer alan məlumatlar düzgün deyil”, – deyə o qeyd edib.

Xatırladaq ki, mətbuatda Kamran Orucovun sürücü vəzifəsindən azad edilərək Təsərrüfat işləri üzrə baş mütəxəssis təyin edilməsi, onun yerinə isə Səxavət Əhədovun gətirilməsi barədə məlumatlar dərc olunmuşdu.

Qax RİH bu məlumatların doğru olmadığını rəsmən açıqlayıb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!