Qaxda partlayış: Bir nəfər həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Qaxda partlayış: Bir nəfər həlak oldu

Kriminal

25 İyun 2021 09:56 820


İyunun 24-də saat 12 radələrində Qax rayonu, Süskənd kəndi ərazisində yerləşən mineral su istehsalı sexində Aydın Şabanovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qax rayon prokurorluğundan “Yeni Sabah”a daxil olan xəbərə görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, “Muxtarov Elmir adına mineral su istehsalat sexi”ndə su şüşələrinin paketlənməsi qurğusunda yaranmış nasazlıqların aradan qaldırılması üçün dəvət olunmuş Aydın Şabanov buxar qurğusunda baş vermiş partlayış nəticəsində həlak olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!