“Qaz limiti yerli-dibli ləğv olunmalıdır” – Sənətçilərdən etiraz

saytların hazırlanması

Evə çatdırılma

“Qaz limiti yerli-dibli ləğv olunmalıdır” – Sənətçilərdən etiraz

Şou

24 Aprel 2019 17:35 3328


Son günlər ən çox müzakirə olunan məsələlərdən biri də kommunal xidmətlər üçün müəyyənləşdirilmiş qiymət limitlərin ləğvi tələbidir. Xüsusən də mavi qaza qoyulan limitin ləğv olunması ehtimalı vətəndaşlar tərəfindən rəğbətlə qarşılanıb.

“Yeni Sabah” məsələ ilə bağlı kişi sənətçilərin fikirlərini öyrənib. Sənətçilərdən mavi qaza qoyulan limitin ləğvi və sonuncu dəfə nə qədər qaz pulu ödədiklərini soruşub.

Alim Qasımov – Sözün düzü, mənim bu barədə heç bir anlayışım yoxdur. Yalandan heç nə dəyə bilmərəm. Sayğac nə yazırsa, onu da ödəyirik. Pepperoni pizza

İlqar Muradov – Limitin ləğv olunmasını istəmirəm. Limit varsa, qənaət də var. Lakin limitin artırılması tərəfdarıyam. Sonuncu dəfə isə 20 AZN qaz pulu ödəmişəm.

Mübariz Tağıyev – Məncə, limit yerli-dibli ləğv olunmalıdır. Deputatlardan da xahiş edək ki, hansı qərar xalqın lehinədirsə, onu da qəbul etsinlər. Axırıncı dəfə isə 50AZN qaz pulu ödəmişəm.

Baloğlan Əşrəfov – Bu işlərlə mənim oğlanlarım maraqlanır. İnanın ki, qazın qiymətindən belə xəbərsizəm. Xalqımızın xeyrinə verilən bütün qərarların tərəfdarıyam.

Yusif Mustafayev – Limit ləğv olunub, köhnə sistem bərpa olunsa, daha yaxşı olar. Mən həyət evində yaşayıram. Hər  10 AZN  qaz pulu ödəyirəm. Bu da edir 300 AZN. Biz sənətçiyik, bu məbləği ödəyə bilirik. Bəs, sıravi vətəndaşlar nə etsinlər?

Əcəmi Əsədulla

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!