Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Qazimizin anasından ürəkdağlayan sözlər: “Ar olsun sizlərə”
19 İyn 2021 08:35
4630

Qazimizin anasından ürəkdağlayan sözlər: “Ar olsun sizlərə”

“Bu oğlan mənim oğlumdur. 1996-cı il doğumlu Qələndərli Cavad. O baş leytenantdır. Vətən Müharibəsində Suqovuşan uğrunda gedən ağır döyuşlərdə yaralanıb”.

“Yeni Sabah” xəbər verir ki, bunu qazimizin anası Ülkər Həsənova deyib. O, bildirib ki, oğlu 9 aydır xəstəxanalarda müalicə alır. Bədəninin 50 faizdən çoxu iflicdir və çox ağır durumdadır. Hazırda yataq şəraitindədir və əlil arabası ilə hərəkət edir:

“Sağ olsun xalqım, sıravi insanlar bizə dəstək olur. Oğlumun Kapital Bankda kredit borcu var. 8 aydır mən bunlara yalvarıram, müraciət edirəm ki, biz bu borcu ödəmək iqtidarında deyilik. Xəstəyə baxmaq, onun ehtiyaclarını ödəmək nə deməkdir, yəqin ki, bilən var. 

Bank isə buna əhəmiyyət verməyərək hər ay avtomatik oğlumun maaşını borca cıxır. Yarımcan, yorğan döşəkdə yatan torpaq uğrunda canını qoyan 25 yaşından əlil arabasına möhtac qalan bu vətəndaş borcunu ödəməyibmi görəsən? 

Mənə çöl qapını göstərən bank müdiriyyəti, bu oğlanların hesabına bu gün varsınız. Ar olsun sizlərə”. 

 

Qazimizin anasından ürəkdağlayan sözlər: “Ar olsun sizlərə”
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər