"Qəbələ" daha bir transfer həyata keçirib.
“Yeni Sabah”a verilən məlumata görə, Azərbaycan Kubokunun son qalibi keçmiş legioneri İbrahima Niasseni yenidən heyətinə qaytarıb. 31 yaşlı yarımmüdafiəçi ilə bağlanan müqavilənin detalları hələki məlum deyil. O, komandada ilk məşqinə də çıxıb.
Xatırladaq ki, seneqallı futbolçu 2013/14 mövsümündə “Qəbələ”də çıxış edib. Meydanda olduğu 29 matçda 1 qola imza atıb. Sezar pizza
Telegram kanalımız