Qeyri-sabit hava sabah da davam edəcək

saytların hazırlanması

Evə çatdırılma

Qeyri-sabit hava sabah da davam edəcək

Sosial

07 İyun 2023 13:06 590


Milli Hidrometeorologiya Xidməti iyunun 8-ə gözlənilən hava proqnozunu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və  Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 16-20° isti, gündüz  23-27°  isti olacaq. Atmosfer təzyiqi  762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75  % olacaq. 

Sabah Azərbaycanın rayonlarında, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18°, bəzi yerlərdə isə 22°-dək  isti olacaq.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!