Qobustan Rayon Baytarlıq İdarəsi tərəfindən 2019-cu ilin ilk günlərindən başlayaraq 12 sahə baytarlıq məntəqəsi vasitəsilə rayonun 1 şəhər və 26 kəndində saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib.
“Yeni Sabah” xəbər verir ki, artıq rayonun ayrı-ayrı təsərrüfatlarında 28009 baş iribuynuzlu, 635 baş təkdırnaqlı heyvanda qarayara, 2345 baş sahibli itdə quduzluq xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb. Eləcə də 2235 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müayinəsi məqsədilə qan nümunəsi götürülərək 650 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya tədbirləri görülüb. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevral aynın sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Toyuqlu pizza
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Telegram kanalımız