Qocalar evində yaşayan qazi: “Mənə kömək edin“

saytların hazırlanması

Evə çatdırılma

Qocalar evində yaşayan qazi: “Mənə kömək edin“

Sosial

31 Avqust 2021 14:49 3054


Vətən müharibəsi bitib, lakin hələ də bəzi qazilərimiz problemlər içərisində yaşayırlar. Hətta yaşamaq üçün evi olmayanlar da var.

İkinci Qarabağ müharibəsi qazisi Fərman Hüseynov Yenisabah.az-a müraciət edib. O, hazırda çox çətin durumda olduğunu bildirib: 

“Müharibə zamanı Goranboy rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Çox ciddi xəsarətlər almışdım. Qolumun yarı hissəsi sümüklərdən aralanmışdı, ayağım çox pis vəziyyətdə idi, eyni zamanda kəllə-beyin travması almışam. Müəyyən əməliyyatlardan sonra vəziyyətim biraz normala döndü. Lakin rahat hərəkət edə bilmədiyim üçün işləyib özümə baxa bilmirəm. pizza hut

Mən bu yaşıma qədər atasız-anasız böyümüşəm. Müddətdən artıq hərbi xidmətə yollanmışdım. 44 gün davam edən döyüşlərdə iştirak etdim. Geri dönüb müalicə olunduqdan sonra evim olmadığı üçün 3 gün parklarda yatdım. İndi isə  qocalar evində qalıram. 22 yaşım var, axı bu yaşda mənim yerim ora deyil, xahiş edirəm mənə yardım edin”.

Qeyd edək ki, Fərman Hüseynov hazırda əlillik dərəcəsinin verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən cavab gözləyir.

Qazi ilə əlaqə: Fərman Hüseynov

0504984916

Kart nömrəsi:4169741395646530

Mehri Qurban 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Тарлан
    Əsl Azərbaycan reallığı budur. Allah köməyin olsun Amin.
    5 years ago