Qriqoryan sərhədin delimitasiyası barədə danışdı

saytların hazırlanması

Evə çatdırılma

Qriqoryan sərhədin delimitasiyası barədə danışdı

Dünya

21 Aprel 2025 17:16 264


Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyasının növbəti mərhələləri üzrə təkliflərin mübadiləsini davam etdirir.

Yenisabah.az Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin müavini, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyanın həmsədri Mqer Qriqoryan deyib.

O, tərəflər arasında komissiyaların növbəti görüşünün tarixi barədə məlumat olmadığını söyləyib.

Qriqoryanın sözlərinə görə, tərəflər delimitasiyanın növbəti mərhələləri üzrə fikir və təkliflərin mübadiləsini işçi mühitdə davam etdirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!