Qubada dəhşət: Oğul atasını balta ilə qətlə yetirdi
10 İyn 2021 09:24
540

Qubada dəhşət: Oğul atasını balta ilə qətlə yetirdi

İyunun 9-da Quba rayonu, Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Quba rayon prokurorluğundan “Yeni Sabah”a daxil olan xəbərrə görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov  yaşadıqları evin həyətində şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı balta ilə Sadıq Ramazanovun sinə və baş nahiyəsinə xəsarətlər  yetirərək qəsdən öldürüb.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəvan Ramazanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam edir.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər