Ermənistanda parlament seçkilərinin keçirildiyi gün bəzi seçki məntəqələrinin rəhbər şəxslərinin gecə saatlarında həbs edildiyi məlum olub.
“Yeni Sabah” erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vahagn Hovakimyan keçirdiyi brifinqdə açıqlayıb.
Onun sözlərinə görə, səsvermə başlayarkən iki seçki məntəqəsinin sədri və bir məntəqə katibi iş yerində olmayıb. Sonradan məlum olub ki, həmin şəxslər gecə saatlarında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar. Dominos pizza
“Bizə təqdim olunan rəsmi məlumata əsasən, iki məntəqə sədri və bir katib gecə saatlarında həbs olunub”, – deyə MSK sədri bildirib.
Hovakimyan həbslərin səbəblərini açıqlamayıb. Bununla belə, o qeyd edib ki, seçki prosesində fasilə yaranmayıb, boş qalan vəzifələrə operativ şəkildə yeni şəxslər təyin olunub və səsvermə normal qaydada davam etdirilib.
Qeyd edək ki, seçkilər ərəfəsində Ermənistanda seçki qanunvericiliyinin pozulması, səs alveri və digər iddialarla bağlı onlarla şəxs saxlanılıb. Ermənistan hüquq-mühafizə orqanları bir neçə siyasi qüvvənin nümayəndələri barədə araşdırmalar aparır.
Telegram kanalımız