Qubada evlərin birindən 37 min 355 manat oğurlanıb.
DİN-dən "Yeni Sabah"a verilən məlumata görə, hadisə Vəlvələ kəndində baş verib.
Bildirilib ki, Quba Rayon Polis Şöbəsinə Vəlvələ kəndindəki evlərin birindən 18.000 manat və 790.000 rublun (19.355 manat) oğurlanması barədə müraciət daxil olub. pizza
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən kənd sakini E.Əhmədəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
Telegram kanalımız