Qüsurlara görə işdən çıxarılan rəis öz vəzifəsinə bərpa olundu

saytların hazırlanması

Evə çatdırılma

Qüsurlara görə işdən çıxarılan rəis öz vəzifəsinə bərpa olundu

Siyasət

01 Mart 2019 23:47 4296


Rəis Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə rəis vəzifəsinə təyinat olub. 

Bu vəzifəyə daxili işlər naziri Ramil Usubovun əmri ilə polkovnik-leytenant Rəhim Zalov təqin edilib. Rəhim Zalov əvvəllər də Gəncənin DYP rəisi olub. Ötən ilin fevralında isə işdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilərək Zaqatala rayon DYP bölməsinə rəis təyin olunmuşdu.  

Rəhim Zalovun DYP rəisi vəzifəsindən uzaqlaşdırılmasına səbəb işində yol verdiyi çoxsaylı nöqsanlar idi. Belə ki, Daxili İşlər Nazirliyindən xüsusi yoxlama qrupu Gəncə şəhər Baş Polis İdarəsində və Yol Polisi Şöbəsində yoxlamalar aparıb. Rəhim Zalovun işdən azad edilməsi həmin yoxlamaların nəticəsi ilə bağlı idi. Pepperoni pizza

Bir il keçməsinə baxmayaraq Gəncəyə DYP rəisi təyin edilməmişdi.

Avtosfer.az 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!