Ramiz Mehdiyevin “icad etdiyi” vəzifələr ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyevin “icad etdiyi” vəzifələr ləğv olundu

Sosial

23 Fevral 2024 19:11 1801


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarında baş direktor və icraçı direktor vəzifələri ləğv edilib.

Bu barədə İqtisadiyyat.az akademiyadan məlumat əldə edib.

Bildirilib ki, akademiyanın institutlarında baş direktor vəzifəsi direktor, icraçı direktor vəzifəsi isə elmi işlər üzrə müavin vəzifəsi kimi təsdiqlənib. pizza sifarişi

Bu vəzifələrin AMEA-nın yeni Nizamnaməsinə uyğun olaraq təsdiq edildiyi bildirilib.

Xatırladaq ki, əvvəllər də AMEA-nın institutlarında direktor və müavin vəzifələri mövcud olub. Baş direktor və icraçı direktor vəzifələri Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə təsis edilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!