Uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən Xalq artisti Ramiz Məlikdən xəbər var.
Yenisabah.az xəbər verir ki, hazırda aktyor Milli Onkologiya Mərkəzində həkimlərin nəzarəti altında zəruri müalicə prosedurlarını qəbul edir.
Mərkəzdən verilən məlumata əsasən, R. Məlikin vəziyyəti stabildir, özünü yaxşı hiss edir. Pepperoni pizza
Mədəniyyət Nazirliyi sənətkarın səhhətini diqqətdə saxlayır, müalicənin gedişi ilə bağlı mütəmadi maraqlanır.
Telegram kanalımız