Rayon sakinləri işdən çıxarılan icra başçısına qarşı

saytların hazırlanması

Evə çatdırılma

Rayon sakinləri işdən çıxarılan icra başçısına qarşı

Rəsmi

05 Oktyabr 2019 09:59 1697


Ağsu rayonunun Bico kəndində sakinlərə məxsus örüş torpaqları kənar şəxslərə satılıb. 

“Yeni Sabah” xəbər verir ki, sakinlər bununla bağlı ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıblar.  

“1999-cu ildən bu yana bələdiyyə fondunda olan əkin və dağətəyi ərazilərdəki örüş sahələri kənd əhalisinin razılığı olmadan kənar şəxslərə icarəyə verilib”, - deyə sakinlər müraciətdə qeyd edib.  pizza mizza

Onların sözlərinə görə, yerli hakimiyyət bununla kifayətlənməyərək bəzi sakinlərin kol-kosdan təmizləyib əkinə yararlı vəziyyətə gətirdiyi torpaq sahələrini də ələ keçirib. Sakinlər bu məsələdə bir neçə gün əvvəl ica başçısı vəzifəsindən azad edilən Ənvər Seyidəliyevi, kənd icra nümayəndəsini və bələdiyyə sədrini ittiham edir. 

Onların sözlərinə görə, bütün bunlar məhz keçmiş icra başçısının göstərişi, icra nümayəndəsi və bələdiyyə sədrinin canfəşanlığı ilə baş verib. “Həmin ərazilər artıq kənar şəxslər tərəfindən şumlanıb”,- deyə sakinlər bildirib.

Ağsudan aldğımız məlumata görə, sakinlər müraciətdən əlavə yerli hakimiyyətin diqqətini çəkmək üçün icra nümayəndəliyinin qarşısında piket keçirməyi planlaşdırırlar. “Piket bu gün saat 15.00-a planlaşdırılır”,- deyə sakinlər əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!