La Liqa çərçivəsində "Real Madrid" növbəti səfər matçında "Rasinq"in qonağı olub.
“Yeni Sabah” xəbər verir ki, görüş əvvəldən sonadək qonaq komandanın üstünlüyü şəraitində keçib və Madrid təmsilçisi rəqibini 3:0 hesabı ilə darmadağın edib.
Matçın taleyi demək olar ki, ilk hissədə həll olunub. Oyunun 11-ci dəqiqəsində səhnəyə çıxan Kilian Mbappe hesabı açaraq "Real"ı önə keçirib. Cəmi 10 dəqiqə sonra Arda Gülerin dəqiq ötürməsini Jud Bellinqem qolla tamamlayıb. İlk yarının başa çatmasına az qalmış, 36-cı dəqiqədə Yan Diomande komandasının üçüncü qolunu vuraraq matçın yekun hesabını rəsmiləşdirib (0:3). Marqarita pizza
İkinci hissədə üstünlüyünü qoruyan "Kral klubu" rahat şəkildə 3 xalı aktivinə yazdırıb.
Nazim Hacıyev
Telegram kanalımız