“Qoca sinyora” “mafiozlar”ı əliboş yola saldı

saytların hazırlanması

Evə çatdırılma

“Qoca sinyora” “mafiozlar”ı əliboş yola saldı

İdman

02 Noyabr 2026 08:47 79


İtaliya A Seriyasının mərkəzi qarşılaşmasında "Yuventus" "Napoli"ni qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, gərgin gedişatı ilə diqqət çəkən matç Turin klubunun 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

İlk hissəsi qolsuz bərabərliklə yekunlaşan oyunun ikinci yarısında meydan sahibləri təzyiqi artırıblar. 70-ci dəqiqədə Edon Jeqrovanın dəqiq pasını qola çevirən Kerim Alaybekoviç "Yuventus"u önə keçirib. Qoldan cəmi 5 dəqiqə sonra, yəni 75-ci dəqiqədə "Napoli"nin futbolçusu Luka Marianuççi qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Pepperoni pizza

Ədədi üstünlükdən istifadə edən turinlilər 87-ci dəqiqədə matçda son nöqtəni qoyublar. Andrea Kambiasonun ötürməsini Jeremi Boka tora qovuşduraraq, "Yuventus"un 2:0 hesablı parlaq qələbəsini rəsmiləşdirib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!