“RZ PREMİUM CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1009335541) reorqanizasiya olunduğunu elan edib.
”Yeni sabah” xəbər verir ki, şirkət təşkilati-hüquqi formasını dəyişərək Mənzil-Tikinti Kooperativinə (MTK) çevrildiyini bəyan edib.
Qeyd edək ki, “RZ Premium Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1009335541) nizamnamə kapitalını vaxtında ödəmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 405-1.1-ci maddəsi ilə cərimələnib. pizza hut
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilən protokol əsasında məhkəmə qərarı ilə şirkətə 2 000 manat məbləğində inzibati cərimə tətbiq olunub. 2023-cü ilin oktyabrında 100 manat nizamnamə kapitalı ilə yaradılan və bu ilin martında kapitalını 500 manata qaldıran MMC-nin qanuni təmsilçisi Zamin Xudaverdiyevdir.
Cəlalə Cəlalqızı
Telegram kanalımız