“Arsenal” 14 illik həsrətə son qoydu

saytların hazırlanması

Evə çatdırılma

“Arsenal” 14 illik həsrətə son qoydu

İdman

02 Noyabr 2026 09:10 61


İngiltərə Premyer Liqasının mərkəzi qarşılaşmasında "Arsenal" səfərdə "Liverpul"un qonağı olub. Böyük gərginliklə keçən matç London təmsilçisinin 1:0 hesablı parlaq qələbəsi ilə başa çatıb.

“Yeni Sabah” xəbər verir ki, qarşılaşmada yeganə və qələbə qolunu 16-cı dəqiqədə Deklan Raysın asistentliyi ilə Kay Havertz torla görüşdürüb. Bu qələbə "topçular" üçün xüsusi tarixi əhəmiyyət kəsb edir; belə ki, "Arsenal" 2012-ci ildən bu yana ilk dəfə Premyer Liqa çərçivəsində "Anfild" stadionunda "Liverpul"u məğlub etməyi bacarıb.

Mikel Artetanın yetirmələri əsas rəqiblərindən olan "Mançester Siti"nin xal itirdiyi turda bu imkandan maksimum yararlanaraq 3 xalı aktivinə yazdırıblar. Bu zəfərlə "Arsenal" çempionluq yarışında raqiblərini geridə qoyaraq turnir cədvəlinin birbaşa vahid liderliyinə yüksəlib. pizza hut

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!