Vətəndaşların çoxunun bilmədiyi məhdudiyyət AÇIQLANDI!

saytların hazırlanması

Evə çatdırılma

Vətəndaşların çoxunun bilmədiyi məhdudiyyət AÇIQLANDI!

İqtisadiyyat

02 Noyabr 2026 08:51 102


Fiziki şəxslərin Azərbaycandan xaricə nərə cinsli balıq və onun kürüsünü gömrük ödənişləri etmədən aparması ilə bağlı miqdar məhdudiyyəti var.

“Yeni Sabah” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı Günel Məmmədova bu məsələ ilə bağlı vətəndaşların sualını cavablandırıb.

Onun sözlərinə görə, fiziki şəxslər hər təqvim ayı ərzində bir dəfə olmaqla, müəyyən edilmiş miqdarda nərə cinsli balıq və balıq kürüsünü ölkədən çıxara bilərlər. pizza sifarişi

Belə ki, bir nəfər Azərbaycan Respublikasının gömrük ərazisindən 5 kiloqrama qədər nərə cinsli balıq apara bilər.

Bununla yanaşı, balıq kürüsünün aparılmasına da icazə verilir. Bu halda icazə verilən maksimal miqdar 125 qram təşkil edir. Qeyd olunan limitlər gömrük ödənişləri edilmədən ölkədən çıxarılan məhsullara aiddir.Məhdudiyyət həm balığın, həm də onun kürüsünün miqdarını əhatə edir.Vətəndaşlar bu imkandan hər təqvim ayı ərzində yalnız bir dəfə yararlana bilərlər.

Beləliklə, aylıq limitə əsasən, fiziki şəxslər gömrük ödənişləri etmədən ölkədən 5 kiloqram nərə balığı və 125 qram nərə kürüsü çıxara bilərlər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!