Restoran biznesi onların dostluğunu bitirdi

saytların hazırlanması

Evə çatdırılma

Restoran biznesi onların dostluğunu bitirdi

Şou

25 Aprel 2023 12:49 825


“Bütün dostlarımın uğurlarına sevinən insanam. Hamının fikirlərinə hörmətlə yanaşıram. Mənim düşmənim yoxdur. Dosta düşmən demirəm”.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova “Səhər mərkəzi” verilişində qonaq olarkən deyib.

İfaçı həmkarı, dostu Niyam Salami ilə küsülü olması iddialarına aydınlıq gətirib: Toyuqlu pizza

“Əgər dost, qardaş demişəmsə, çörək kəsmişəmsə, nə qədər mənə söz desələr də, bacardığım qədər xanımlığımı və alicənablığımı qorumağa çalışmışam. 34 ildir sənətdəyəm. Qalmaqallarla, söz-söhbətlə gündəmdə qalmağa ehtiyacım yoxdur. Heç kimdən küsülülüyüm, incikliyim yoxdur”.

Aparıcının “Qarşı tərəfdə (Niyam Salami – red.) küsülülük var”, - desə də, A. Dadaşova “Bilsəydim, gəlməzdim”, - deyə cavab verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!