Rövnəq Abdullayev təəssüflənir...

saytların hazırlanması

Evə çatdırılma

Rövnəq Abdullayev təəssüflənir...

İdman

04 Mart 2019 17:02 1010


“Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Liqasının finalının keçirilməsi barədə imzaladığı sərəncam oyunun yüksək səviyyədə təşkilinə zəmin yaradır”.

Bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev qurumun bu gün keçirilən  Hesabat Konfransında deyib. O, daha sonra klublarımızın arokuboklardakı çıxışına toxunub, həmçinin, yığma komandamızın Millətlər Liqasında uğursuz nəticə əldə etdiyini də bildirib: "Qarabağ" bu il növbəti dəfə Avropa Liqasının qrup mərhələsində iştirak etdi. Bu, bizim üçün sevindirici məqam oldu. Təəssüf ki, milli komandamız Millətlər Liqasında uğursuz çıxış etdi. Milli komandamızın yeni baş məşqçisi Nikola Yurçeviçə uğurlar arzulayıram".

Toplantıda AFFA-nın baş katibi Elxan Məmmədov da çıxış edib:"Ötən il Millətlər Liqasında ümidlərimiz çox idi. Bəzi oyunlarda şans, bəzilərində isə əzmkarlıq çatmadı. Nəticədə qrupda ikinci yeri tutduq. Ancaq ruhdan düşmək olmaz. Milli komandamız çalışmalıdı ki, azarkeşləri sevindirsin".  pizza mizza

Qol.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!