7 İyul - 01:58
Rövşən Əsgərov Moskvada qiyabi həbs edildi

Rövşən Əsgərov Moskvada qiyabi həbs edildi

Hadisə

24 May 2022 18:23 616


Moskvanın Basmannı məhkəməsi “Nə? Harada? Nə zaman?” intellektual oyununun iştirakçısı Rövşən Əsgərovu nasizmin reabilitasiyası ilə bağlı iş çərçivəsində qiyabi həbs edib.

Yenisabah.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

“Məhkəmə istintaqın vəsatətini təmin edib, R.Əsgərov barəsində Rusiya Federasiyasının ərazisində saxlandığı və ya ekstradisiya edildiyi andan iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib”, - deyə bildirilib.

Bundan əvvəl İstintaq Komitəsi R.Əsgərova qarşı nasizmin reabilitasiyası (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü bəndi) üzrə cinayət işi başladıb. Bir müddət sonra isə axtarışa verib.

İstintaq müəyyən edib ki, o, aprelin 6-da “Facebook” səhifəsində qəsdən Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən və gözdən salan yalan məlumatlar dərc edib.

Rövşən Əsgərov 30 il ərzində “Nə? Harada? Nə zaman?” intellektual teleoyununda iştirak edib, 2001-ci ildə yarışın ali mükafatı olan “Büllur bayquş” qazanıb.Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!