Roza ərinin xəyanətindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Roza ərinin xəyanətindən danışdı

Şou

17 Aprel 2023 10:52 898


"Məni satan insanı bir daha qəbul etmərəm. Yalançılığa satmaq deyirəm. Keçmiş ərim mənə yalan danışdı. O yalanının nə olduğu haqda danışmaq istəmirəm, amma onunla münasiblərimi kəsib atdım. Bu qərara 5 ildə gəldim. Qərar verdiyim andan etibarən hər şey bitdi".

Yenisabah.az Axşam-a istinadla xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "Təsir dairəsi" verilişində deyib.

Sənətçi 18 ildən sonra ayrılmasının səbəbini açıqlayıb: Pepperoni pizza

"Deyirlər ki, müğənnilər, sənət adamlarının müqəddəs heç nəyi yoxdur. Onlar gördüyünü sevirlər, gördükləri ilə yaşayırlar, ailə dağıdırlar. Bunlar hamısı mifdir. Çünki hər bir insan buna qadirdir. Sənət adamı sadəcə üzdə olduğu üçün bu kimi şeylər onlara daha çox şamil olunur.

Bir sənət adamının yaşadığı insanı aldatmaq üçün heç nə lazım deyil. 18 illik evlilik həyatımda heç bir yanlış hərəkətim və addımım olmayıb. Hər 10 nəfərdən 3-4-ü mənə aşiq olub və mən bunun qarşısını almışam. Çünki sadiq Azərbaycan xanımıyam. Amma məni həyat yoldaşım dəfələrlə aldadıb. Elə insanı isə heç zaman bağışlamaram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!