Müğənni Roza Zərgərli övladlığa götürdüyü oğullarının anasının fotosunu yayımlayıb.
“Yeni Sabah” xəbər verir ki, sənətçi dünyasını dəyişən Leyla xanımın ad günü olduğunu vurğulayıb.
"Allah sənə rəhmət etsin, gözün yolda qalmasın heç zaman Leylam... 2 gül balanı, mələklərini göz bəbəyim kimi qoruyuram. Kaş onları hərbi geyimdə görərdin. Vətənin keşiyində dağ kimi dayanıblar. Sənin ad günündür, yerin cənnət olsun. Övladlarım üçün təşəkkürlər, yerin cənnətlik olsun" deyə, Roza paylaşımına qeyd edib. Pepperoni pizza
Qeyd edək ki, Rozanın bənövşə adlı qız övladı var. İfaçı oğulları Corc və Jerarı övladlığa götürüb.
Telegram kanalımız