"Verilişdə fonoqram oxuyurdum. Canlı orkestrlə getməmişdim. Fonoqramın üstündə söz istifadə olunursa, nə edim? Mənim nə günahım var? 20 ildən çoxdur oxuyuram, heç bir qalmaqalda adım hallanmayıb. İlk dəfədir belə hadisəyə düşürdüm. Həmin an saytların dayanmadan zəngi, özümü toparlaya bilmədim. Onda tələsik dedim ki, montajdır".
Bu sözləri "Space"in efirində qalmaqal yaşayan müğənni Rüfət Axundov deyib. Yaşanan qalmaqaldan sonra ilk dəfə "Hər şey daxil" verilişinə gələn Rüfət Axundov deyib.
“Hər səhər" proqramında yaşanan qalmaqaldan sonra çətin anlar yaşayan Rüfət üzr istəyib: Pepperoni pizza
“Mən bir şeyi deyə bilərəm ki, xalqımıza görə bu yerə gəlib çıxmışıq. Xalqın gözü tərəzidir. Səsimin üstünə səs gedirsə, bu, birbaşa montaj sayılır. MTRŞ-nin ədalətli qərarına görə təşəkkür edirəm. Əgər təqsirim varsa, üzr istəyirəm”.
Axşam.az
Telegram kanalımız