“Rusiya Azərbaycanla əvvəlki dildə danışmır...” - Açıqlama
11 May 2021 19:34
1087

“Rusiya Azərbaycanla əvvəlki dildə danışmır...” - Açıqlama

"Rusiya Azərbaycanla əvvəlki kimi yaxın qonşuluq münasibətləri dilində danışmır. Bu, daha çox diqtəedici dilə bənzəyir".

Yenisabah.az xəbər verir ki, bunu politoloq Qabil Hüseynli Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan səfərini şərh edərkən deyib. Politoloq qeyd edib ki, Rusiyanın Qarabağla bağlı fikirləri əvvəldən aydın idi:

"Sadəcə olaraq, bölgədə yerləşmək üçün müəyyən manevrlər etdi və bununla da maraqlarını təmin edə bildi. Maraqlı qüvvələrin yerləşməsindən sonra Azərbaycanın ərazi bütövlüyü məsələsini sanki unutmaq üzrədir. Bu prosesdə Qərbin müəyyən dairələri, xüsusi ilə Fransa və bu kimi dövlətlərlə maraqları üst-üstə düşür. Əvvəla, köhnə strukturunu yenidən diriltmək istəyir. Üstəlik gündəmdən çıxmış və yada düşməyən Madrid-Kazan prinsiplərini yenidən canlandırmağa çalışır. Bütün bunlarla Rusiya manevr edir. Manevrlərin içərisində ən təhlükəlisi Qarabağın status məsələsidir. Bu status məsələsində ATƏT-in digər üzvləri ilə həmrəydirlər. Özü də ideyların çoxunu Rusiya verir". 

Qabil Hüseynli hesab edir ki, onlar köhnə status-kvonu diriltməyə çalışırlar:

"Ən azından köhnə status-kvonu status səviyyəsində diriltməyə çalışırlar. Prezident bu yaxınlarda Naxçıvanda olarkən onlara sərt cavab verdi. Bildirdi ki, nə status məsələsində, nə də ATƏT-in Minsk qrupu səviyyəsində danışıqlarda bu məsələdə heç bir güzəştə gedilməyəcək. Suyu bulandıranların sayı çoxalıb. Əvvəl Fransa idisə, indi Rusiyanın özünün mövqeyində qərarsızlıq var. Müəyyən dərəcədə əvvəlki prinsiplərindən geri çəkilmək hiss olunur. Məsələlərin mürəkkəbləşdiyini söyləmək olar"./Qaynarinfo.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər