Rusiya daha bir bölgəyə qoşun yeritdi 

Rusiya daha bir bölgəyə qoşun yeritdi 

Dünya Veb saytların hazırlanması

21 Noyabr 2023 17:20 3556


"Rusiya işğalçıları Mariupoldan Zaporojye istiqamətində hərbi texnika karvanları göndərməkdə davam edir". 

Bakupost.az "Fokus"a istinadən xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşenko öz Teleqram kanalında məlumat yayıb.

"Zaporojye istiqamətində 10-a yaxın hərbi karvanın köçürülməsi davam edir. Bu tendensiya dəyişməzdir və əvvəlki günlərlə müqayisədə ciddi fərq yoxdur", - o qeyd edib.

Andryuşenkonun sözlərinə görə, şəhərdə mərkəzə doğru hərəkət edən 5 hərbi yük maşını müşahidə olunub:

"Onların üçündə hərbi forma geyinməyən çoxlu adam var idi. Ardınca işində silahlı rus əsgərlərinin olduğu qondarma hərbi polisin maşını keçdi. Daha sonra yolda yanacaq daşıyan avtomobil göründü". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!