Rusiyada antibiotiklərə davamlı vərəm ştammı aşkar edildi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada antibiotiklərə davamlı vərəm ştammı aşkar edildi

Sağlamlıq

09 Sentyabr 2026 08:38 95


Belarusda geniş yayılan “EurA1.1” vərəm ştammı Rusiyada da qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dublin Şəhər Universitetinin alimlərinin “NPJ Antimicrobials and Resistance” jurnalında dərc olunan tədqiqatında məlumat verilib.

“EurA1” ştammının antibiotiklərə qarşı yüksək davamlılığı (rezistentliyi) ilə fərqləndiyi bildirilir. Toyuqlu pizza

Belarus və Rusiyadan başqa, sözügedən ştamm Almaniya, Ukrayna, Gürcüstan və Moldovada da aşkar edilib.

Alimlərin məlumatına görə, patogenin izolyatlarına Avropa qitəsinin böyük hissəsində, eləcə də ABŞ, Avstraliya, Botsvana və İran kimi uzaq ölkələrdə rast gəlinib. Bu da “EurA1”in qlobal miqyasda coğrafi yayılmasından xəbər verir.\Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!