Rusiyada güclü zəlzələ baş verib.
Yenisabah.az Report-a istinadən xəbər verir ki, yeraltı təkanlar Buryatiya vilayətinin Kurumkanski rayonunda qeydə alınıb.
Zəlzələ Kurumkanski, Barquzinski, Şimali-Baykal vilayətlərində, həmçinin Ulan-Udedə hiss olunub.
Hadisə nəticəsində tələfat və dağıntıların olması barədə məlumat verilməyib.
Telegram kanalımız