Kamçatka sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Yenisabah.az "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının geofizika xidmətinin Kamçatka bölməsinin məlumat yayıb.
Təkanların episentri Severo-Kurilsk şəhərindən 128 km aralıda yerləşir. Toyuqlu pizza
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi də Kamçatkanın cənubunda zəlzələ qeydə alıb. Mərkəzin məlumatına görə, hadisə Severo-Kurilsk şəhərindən 100 km aralıda, 60 km dərinlikdə baş verib.
Zəlzələ yerli vaxtla saat 18:03 radələrində baş verib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Telegram kanalımız