18 Avqust - 05:02
Sabah 38 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq

Sosial

04 Avqust 2022 12:12 520


Avqustun 5-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən "Yeni Sabah"a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 

Mülayim şimal-qərb  küləyi əsəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 32-37° isti olacaq.

Bakıda gecə 24-26° isti, gündüz  35-37° isti olacaq. Atmosfer təzyiqi  758 mm civə sütunundan 755 mm civə sütununa enəcək.   Nisbi rütubət  60-65 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti     

Mülayim şimal-qərb  küləyi əsəcək.

Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz  33-38° isti, dağlarda gecə 9-14° isti, gündüz  20-25° isti olacaq.   

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!