Sabah Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti olacaq, cənub-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, havanın temperaturu gecə 24-28° isti, gündüz 35-39°, bəzi yerlərdə 40°isti, Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-60 %, gündüz 30-35% olacaq. Dördpendirli pizza
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Cənub-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 14-19° isti, gündüz 26-31° isti olacaq.
Telegram kanalımız