Aprelin 4-də Brüsseldə alyans ölkələrinin xarici işlər nazirlərinin görüşündə Finlandiya rəsmi olaraq NATO-nun 31-ci üzvü olacaq.
Yenisabah.az xəbər verir ki, bunu Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinin xarici işlər nazirlərinin aprelin 4-5-də keçiriləcək görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.
O bildirib: “Bu, tarixi həftədir. Sabah biz Finlandiyanı NATO-nun 31-ci üzvü kimi alqışlayacağıq və Finlandiyanı daha təhlükəsiz və ittifaqımızı daha güclü edəcəyik. Sabahdan Finlandiya NATO-nun tamhüquqlu üzvü olacaq”. Marqarita pizza
Telegram kanalımız