Sabah hava küləkli olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava küləkli olacaq

Sosial

06 İyun 2023 13:03 450


Milli Hidrometeorologiya Xidməti iyunun 7-ə gözlənilən hava proqnozunu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və  Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi ərazilərində   qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz  23-27°  isti olacaq.

Atmosfer təzyiqi  762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək.     

Nisbi rütubət 65-75  % olacaq. 

Sabah Azərbaycanın rayonlarında, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi bəzi  rayonlarda arabir güclü olacaq. Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!