Milli Hidrometeorologiya Xidməti noyabrın 13-nə gözlənilən hava şəraiti barədə məlumat yayıb.
Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Bakıda gecə 8-10° isti, gündüz 13-15° isti olacaq.
Atmosfer təzyiqi 770 mm civə sütununda 764 mm civə sütununa enəcək.
Nisbi rütubət 60-70 % olacaq.
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2-6° isti olacaq.
Telegram kanalımız