Sabahın hava proqnozu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Sabahın hava proqnozu açıqlandı

Sosial

19 Noyabr 2022 12:14 753


Milli Hidrometeorologiya Xidməti noyabrın 20-ə olan hava proqnozunu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və  Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-12° isti, gündüz  14-17° isti olacaq.

Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq.  

Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq.  

Nisbi rütubət  60-70 % olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz, gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 19-23° isti, dağlarda gecə 0-5° isti, gündüz  7-12° isti olacaq.   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!