Sabahın hava proqnozu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Sabahın hava proqnozu açıqlandı

Sosial

24 Yanvar 2023 12:21 612


Milli Hidrometeorologiya Xidməti yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!