Sabahın hava proqnozu: Bakıda - 37, rayonlarda - 40

saytların hazırlanması

Evə çatdırılma

Sabahın hava proqnozu: Bakıda - 37, rayonlarda - 40

Sosial

11 Avqust 2022 12:35 1002


Milli Hidrometeorologiya Xidməti avqustun 12-nə gözlənilən şəraitini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-25° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!