Sabiq icra başçısına ŞOK cərimə:   Ölkədən çıxışına STOP qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Sabiq icra başçısına ŞOK cərimə: Ölkədən çıxışına STOP qoyuldu

Sosial

12 Avqust 2025 09:48 10823


Qubanın qalmaqallı keçmiş icra başçısı Rauf Həbibovun rəhbəri olduğu şirkətdə yarım milyon manatdan çox vergindən yayınma faktı aşkar edilib.

“Yeni Sabah” "Qaynarinfo"-ya istinadən verdiyi məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "Kaspian Biznes Servisez" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) səyyar vergi yoxlaması həyata keçirilib.

Səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində şirkət barəsində 400.100,35 manat əlavə vergi, 200.050,18 manat maliyyə sanksiyası hesablanıb. Pepperoni pizza

Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan "Kaspian Biznes Servisez" MMC-nin qanuni təmsilçisi Həbibov Rauf Xeyrulla oğludur. Onun ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.

Xatırladaq ki, Rauf Həbibov 1 oktyabr 2007-ci ildən 2012-ci ilin mart ayınadək Quba Rayonu İcra Hakimiyyətinin başçısı olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    AZƏRBAYCANDA VİCDANLA İŞLƏYƏN, XALQINA XİDMƏT EDƏN BİR İCRA BAŞÇISI VARMI?
    9 months ago