Sablya üzrə milli komandamızın lideri Dünya Kubokunda qızıl medal qazandı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Sablya üzrə milli komandamızın lideri Dünya Kubokunda qızıl medal qazandı - Fotolar

İdman

29 Yanvar 2022 20:44 696


Bu gün Bolqarıstanın Plovdiv şəhərində keçirilən qılıncoynatmanın sablya növü üzrə Dünya Kubokunun mərhələ yarışında qadınların şəxsi mübarizəsində qaliblər müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, reytinqi yüksək olduğundan mübarizəyə əsas mərhələdən qoşulan Anna Başta ilk görüşündə Rusiya təmsilçisi Anastasiya Şorokovanı (15:9), ardınca alman Yulika Funkeni (15:11) mübarizədən kənarlaşdırıb.

Başta ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Tokio Olimpiadasında məğlub etdiyi amerikalı Enn-Elizabet Stoun üzərində 15:9 hesablı qələbəyə sevinib. Dördpendirli pizza

Sablyaçımız yarımfinala yüksəlmək üçün yapon Misaki Emuraya 15:11 hesabı ilə qalib gəlib.

Yarımfinalda italyan Rossella Qreqorionu 15:13 hesabı ilə məğlub edən qılıncoynadanımız finalda fransalı Mannon Bruneti 15:10 hesabı ilə üstələyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!