“Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbirləri fevralın 13-də Şəki şəhəri 10 saylı tam orta məktəb, fizika-riyaziyyat təmayülü lisey və S.M.Qənizadə adına 1 saylı tam orta məktəbdə keçirilib.
“Yeni Sabah” xəbər verir ki, tədbirdə məktəbin şagird və müəllim heyətinə təhlükəsiz qidalanma, enerji içkilərinin insan orqanizminə zərərləri, qida təhlükəsizliyinə dair ilkin vərdişlər, məktəbli çantasının hazırlanması qaydaları, süd və süd məhsullarının faydaları barədə məlumatlar verilib, Agentliyin hazırladığı video-çarxlar təqdim olunub.
Sonda Agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb. pizza
Telegram kanalımız