Şahbaz Şərif sabah Türkiyəyə səfər edəcək

saytların hazırlanması

Evə çatdırılma

Şahbaz Şərif sabah Türkiyəyə səfər edəcək

Siyasət

03 İyul 2026 20:29 92


Pakistanın Baş naziri Şahbaz Şərif iyulun 4-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfər edəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.

Məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə ilə Pakistan arasında münasibətlər bütün istiqamətlər üzrə nəzərdən keçiriləcək. Dominos pizza

Tərəflər, əsasən ticarət və investisiya sahələrində əməkdaşlığın inkişafı, həmçinin regional və qlobal proseslər ətrafında fikir mübadiləsi aparacaqlar.

Səfər çərçivəsində Türkiyə-Pakistan Biznes Forumunun keçirilməsi də nəzərdə tutulub.

Xatırladaq ki, Ş.Şərifin regional səfəri çərçivəsində Türkiyə və İrana səfər etməsi nəzərdə tutulur./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!