Sahil Babayev iki yüksək vəzifəli şəxsi işdən azad etdi 

saytların hazırlanması

Evə çatdırılma

Sahil Babayev iki yüksək vəzifəli şəxsi işdən azad etdi 

Siyasət

03 Aprel 2025 16:17 8660


Maliyyə Nazirliyində iki yüksək vəzifəli şəxs işdən azad edilib.

Bakupost.az xəbər verir ki, qurumun Aparatının strukturunda və ştat vahidlərinin struktur bölmələr üzrə bölgüsündə təkmilləşdirmələr aparılıb.

Eyni zamanda, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Elman Piriyev və Nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevin dövlət qulluğuna öz arzuları ilə xitam verilib.

Məlumatı Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsi təsdiq edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!