Sakin icra başçısı ilə bağlı prezidentə müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Sakin icra başçısı ilə bağlı prezidentə müraciət etdi

Xalqın səsi

07 Avqust 2019 16:47 1781


Nizami rayonunun İcra başçısı Arif Qasımovun qəzəbinə tuş gələrək mülkiyyət hüquqları pozulmuş Ağayev Malik Əjdər oğlu ölkə rəhbərliyinə müraciət edib.

Bu haqda “Yeni Sabah”a məlumat verən zərərçəkənin səlahiyyətli nümayəndəsi Təranə Məmmədova deyib ki, Malik Ağayev Nizami rayonunun Rüstəm Rüstəmov küçəsində yaşayır. 

Müraciətə “mülkiyyət hüquqlarımın pozulması, mənə məxsus sənədli qeyri yaşayış sahəsinin xəbərdarlıq edilmədən Arif Qasımovun göstərişi əsasında sökülməsi prezidentim olaraq qapınıza pənah gətirməyimə zərurət yaratmışdır” deyə başlayan şikayətçi təkcə onun yox, həyətdə 12 qarajın götürülərək ərazidən uzaqlaşdırıldığını bildirib: Sezar pizza

“Nizami rayonunun icra başçısı Arif Qasımov isə həyətlərdə abadlıq işlərinə başlamazdan xeyli öncə rayon sakinlərinin əsəblərini tarıma çəkir, insanlara mənəvi işgəncələr verir, mülkiyyət hüquqlarını tapdalayaraq xalqla prezident arasında boşluq yaratmağa çalışır. 

Qoy, Arif Qasımov heç zaman unutmasın ki, bir neçə il öncə Quba rayonunda icra başçısı işləmiş Rauf Həbibov da rayonda “mənəm, mənəm” deyərdi, xalqı incidər, hüquqlarına hörmətsizlik edər, hətta nəlayiq söyüşlərlə təhqir etməkdən də çəkinməzdi. 

Buna dözməyən Qubalılar eləcə də ətraf kəndlər bir araya gələrək onu boğazından tutub bayıra tulladılar. 

Sizin göstərişinizlə Respublikanın nazirləri, komitə sədrləri habelə hüquq mühafizə orqanlarının rəhbərləri bölgələrə gedir, vətəndaşlarla görüşür, onların haqlı şikayətləri elə yerindəcə həll edilir. Amma mən iki aydır Arif Qasımovla görüşüb ona dərdimi deyə bilmirəm. Arif Qasımov bu günün özündə də iş prinsipinə uyğun olaraq məzlum insanları təqib etməkdədir. 

Arif Qasımov bu gün iki yol ayrıcındadır. Ya mənə vurduğu maddi ziyanı ödəməlidir, ya da istefa verməlidir. 

Xahiş edirəm, Prezidentim olaraq mənə dəymiş maddi ziyanın ödənilməsində köməkliyinizi əsirgəməyin və Arif Qasımov vurduğu maddi ziyanı ödəsin”.

M. Ağayev yaşadığı binanın həyətində 21 kvadratmetr sahəni əhatə edən qeyri-yaşayış sahəsinin qanunsuz olaraq dağıdıldığını qeyd edib. Rəsmi olaraq həmin tikilinin texniki pasportu və çıxarışı olduğunu da qeyd edi: “İyun ayının 19-da mənə xəbərdarlıq edilmədən və qiymətli əşyalarımı götürməyə möhlət verilmədən mənə məxsus qeyri yaşayış sahəsi sökülüb. Mənə nə az, nə də çox, düz 35000 manat maddi ziyan vurulub”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!