Salyanda icazəsiz toy edənlər CƏRİMƏLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

Salyanda icazəsiz toy edənlər CƏRİMƏLƏNDİ

Sosial

27 İyul 2021 16:25 873


Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən "Asif" restoranında karantin rejimindən irəli gələn qaydaların pozularaq toy məclisinin təşkil olunduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, adı çəkilən restoranın sahibi A.Əhmədov təşkil edilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməyərək məclisin baş tutmasına şərait yaradıb. 

Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə rayonun Kərimbəyli kənd sakini İ.Məmmədovun təyin olunmuş qaydaları pozaraq evinin həyətində 90 nəfər qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.  Dominos pizza

Aşkarlanan hər iki qayda pozuntusu ilə inzibati qaydada tədbirlər görülüb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!