Şamaxıda vulkan püskürüb.
Hadisə səhər saatlarında Şamaxının Quşcu kəndi ərazisində qeydə alınıb.
Təqribən yarım saat davam edən proses kənd evlərindən 150-200 metr aralıda baş verib. (Qafqazinfo). Dominos pizza
Şamaxı Rayon İcra hakimiyyətinin Quşçu kənd ərazi icra nümayəndəsi Bəşir Bəhramov Trend-ə bildirib ki, vulkan Quşçu kəndində, yaşayış məntəqəsindən 150 metr kənarda, əkin sahələrinə yaxın ərazidə püskürüb: "Vulkan səhər saat 06 radələrində püskürdü. Təxminən 4-5 metr hündürlükdə oldu. Hardasa 1000-1500 metr əraziyə palçıq yayılıb. Hazırda püskürmə dayansa da, ocaqda qaynamalar davam edir. Ərazi nəzarətə götürülüb".
B.Bəhramov deyib ki, hadisə nəticəsində sakinlərə və evlərə ziyan dəyməyib.
Telegram kanalımız