Sarkisyan muzdluların Qarabağda döyüşdüyünü etiraf etdi
01 Okt 2020 22:46
862

Sarkisyan muzdluların Qarabağda döyüşdüyünü etiraf etdi

Ermənistan prezidenti Armen Sarkisyan "Əl Cəzirə" telekanalının efirində müxtəlif ölkələrdən gətirilən (onlar əsasən muzdlu döyüşçülərdir- red) ermənilərin Dağlıq Qarabağda Azərbaycana qarşı döyüşdüklərini etiraf edib.

Yenisabah.az xəbər verir ki, S.Sarkisyan çıxışında bildirib.

"Onlar etnik ermənilərdir və müxtəlif ölkələrin vətəndaşları olmalarına baxmayaraq, Dağlıq Qarabağda vuruşmalarında pis bir şey yoxdur. Biz müxtəlif ölkələrdən olan ermənilərin hərbi əməliyyatlarda iştirakını qəbul edirik", - deyən Ermənistan prezidenti qeyd edib ki, həmin ermənilər ABŞ, Fransa, Ukrayna və Rusiyadan ola bilərlər. /Unikal.org

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər